Información de la canción En esta página puedes leer la letra de la canción Vicdan de - Çingiz Mustafayev. Fecha de lanzamiento: 03.04.2024
Idioma de la canción: Azerbaiyán
Información de la canción En esta página puedes leer la letra de la canción Vicdan de - Çingiz Mustafayev. Vicdan |
| Mərhəmət duyğusu səndə yoxdursa |
| Tutduğun orucun nə mənası var? |
| Süfrəndə yoxsula yerin yoxdursa |
| Bir ay ac qalmağın nə mənası var? |
| Tərəzin çəkidə əyri çəkirsə |
| Dilin zəhər kimi qəlb incidirsə |
| Əlin rüşvət alıb rüşvət verirsə |
| Qıldığın namazın nə mənası var? |
| Namaz da, oruc da asandır, qardaş |
| Vicdanlı olmaqsa çətindir, qardaş |
| Əsl insan olmaq lazımdır, qardaş |
| Əməlsiz Quranın nə mənası var? |
| Namaz da, oruc da asandır, qardaş |
| Vicdanlı olmaqsa çətindir, qardaş |
| Əsl insan olmaq lazımdır, qardaş |
| Əməlsiz Quranın nə mənası var? |
| Yalandan and içib alver edənlər |
| Arvaddan xəbərsiz əyri gedənlər |
| Haqsızdan pul alıb haqlı edənlər |
| O həccə getməyin nə mənası var? |
| Haram pullarıyla evlər tikənlər |
| Yetimin haqqını bölüb yeyənlər |
| Şər atıb birini bədbəxt edənlər |
| Öləndə Yasinin nə mənası var? |
| Namaz da, oruc da asandır, qardaş |
| Vicdanlı olmaqsa çətindir, qardaş |
| Əsl insan olmaq lazımdır, qardaş |
| Əməlsiz Quranın nə mənası var? |
| Əməlsiz Quranın nə mənası var? |
| Əməlsiz Quranın nə mənası var? |
| Əməlsiz Quranın nə mənası var? |
| Əməlsiz Quranın nə mənası var? |