| Mənə qələm ver, sənə söz verim!
|
| Mənə yalan ver, sənə düz verim!
|
| Mənə doğru göstər, sənə göz vurum!
|
| Sözlər yaxşıdır, amma pis durum
|
| Bu uçurum hələ çox uçuracaq ayağı boşları
|
| Başı boşluğa, dost, bil, pisliyə milçək yığışır
|
| Səhvdir! |
| Pislik kömək edir dostluğa, dost bil
|
| Dost sil yaddaşına oturdulmuş hər şeyi!
|
| Bu TV, bu xəbər, bu qəzet, bu saytların hamısı
|
| Zibil ki, içinə girdin çətin çıxarsan
|
| Qloballaşarsan, qlobal baxarsan
|
| Qlobal atarlar, qlobal yatarsan
|
| Səsini kəs ki, genini kəsməsinlər
|
| Axı bu gün oğulsan, sabahsa atasan
|
| Lay-lay dedim şirin yuxu tapasan…
|
| Beşiyi yellə, yatır körpələr
|
| Kürə fırlanır, hər yer üçbucaq
|
| Piramidalar, daha nələr-nələr
|
| Simvolika dolu künc-bucaq
|
| Beşiyi yellə, yatır körpələr
|
| Kürə fırlanır, hər yer üçbucaq
|
| Piramidalar, daha nələr-nələr
|
| Simvolika dolu künc-bucaq
|
| 21-ci əsr, virtual zombilər, seks hərisləri
|
| Telehipnoz, inanılmaz -lar, unudulmaz brendlər
|
| Paylanan flayer-lər, müasir bomba taymerlər
|
| İnformasiya deşiyidən buraxılmış şayiələr
|
| Avropa ölkə ananız Amerika, tək dayələr
|
| Nağıl danışmayın Amerikanın demokratiyasından
|
| İstəyirsiniz Kennedini dirildib ondan soruşaq hər şeyi? |
| (Hə?!)
|
| Bizə mədəni olmağı öyrətməyin, ağıl verməyin!
|
| Bizdə şərq qanı var, türk ruhu var, şəriət var!
|
| Bizə kömək əlinizi də uzatmayın dar günümüzdə!
|
| Bizdə texnika yox, amma qanda cəsarət var!
|
| Sizin o Allahsız, özünü üstün tutan düşüncəniz
|
| Bizim üçün göydə cənnət, yerdə isə cəhənnəm var
|
| Ölkədə nə problem varsa həll edərik, qarışmayın!
|
| Bizdə də ölkədə dayaq ola biləcək düşüncəli gənclər var!
|
| Beşiyi yellə, yatır körpələr
|
| Kürə fırlanır, hər yer üçbucaq
|
| Piramidalar, daha nələr-nələr
|
| Simvolika dolu künc-bucaq
|
| Beşiyi yellə, yatır körpələr
|
| Kürə fırlanır, hər yer üçbucaq
|
| Piramidalar, daha nələr-nələr
|
| Simvolika dolu künc-bucaq
|
| Arxaik soyqırımlar və neo genosidlər
|
| İslam maskası altda gizli terror, parazitlər
|
| BMT qətnamələrinə bu gün tüpürən yoxdur
|
| Karvan keçir, amma arxasıyca hürən yoxdur
|
| Hardadır dünya birliyi, Unicef sosial yardım?
|
| Afrika körpələri ölür, Hollywood depressiyada
|
| Görəsən bu gün hansı brilliantımı yaxamdan asım?
|
| Məhv olur bütün dünya, məhv olur korrupsiyada!
|
| Artıq bəsdir kiçik ölkə mövqeyində qaldıq!
|
| Gücü biz Havadan, Oddan, Sudan, Torpaqdan aldıq!
|
| Kriminal videolardan və seriallardan
|
| Nümunə götürmədik, özümüzü üstün saydıq
|
| Güc axı birlikdədir, güc axı bir olmaqdadır
|
| Niyə bu qonşu olkələrdə var, amma bizdə yoxdur?
|
| Bəsdir qırdıq bir birimizi, bəsdir yaxadan dartdıq!
|
| Bilirəm var ümid içdə, amma niyəsə hələ ki, üzdə yoxdur!
|
| Beşiyi yellə, yatır körpələr
|
| Kürə fırlanır, hər yer üçbucaq
|
| Piramidalar, daha nələr-nələr
|
| Simvolika dolu künc-bucaq
|
| Beşiyi yellə, yatır körpələr
|
| Kürə fırlanır, hər yer üçbucaq
|
| Piramidalar, daha nələr-nələr
|
| Simvolika dolu künc-bucaq |