| Gözümün üstündə yerin var, yalandan demirəm
|
| Yerin var uzağı ayağımın altında
|
| Diş çöpü gəzdirə-gəzdirə
|
| Anladım ki, məni başa düşür
|
| Ol oxundan da çox, səsimdən də qorx
|
| Hələ çox söz yazılacaq ki, siz boş durmayasınız
|
| Yuva qurmayasınız, ağaclarda
|
| Bütün yerləri tutubdur qarğalar
|
| Pişiklərdən yığılan qan damlalar
|
| Verdik biz xeyriyyəyə
|
| Narahat olmayın, biz pisik deyə
|
| Ayağını geyin, birdən pis iy gələr
|
| Hələ çox görəcəksiniz bizim konsertdə keçi başı
|
| İşə sal başı, tap şifrəni
|
| Bu da sənə yeni dedi-qodu mövzusu
|
| Həyata rəng qatmaq çoxunun arzusu
|
| Ala kist, ala qara-qırmızı rənglər
|
| Şəffaf həyatın ala məğzini rənglə
|
| Bel götür bellə, qəbirini yellə
|
| Gəzə bilmirsən, heç olmasa iməklə
|
| Uca dağlar aşdım
|
| Çox nağıl danışdım
|
| Kim inandı, kim yox
|
| Biri var, biri yox
|
| Uca dağlar aşdım
|
| Çox nağıl danışdım
|
| Kim inandı, kim yox
|
| Biri var, biri yox
|
| Dedilər ki, sus! |
| Dedilər ki, yaz!
|
| Susuram, susuram, birdən yazıram!
|
| Ey mənim mötəbər fanatlarım
|
| Bu track-i sizə qəbirdən yazıram
|
| Axır ki, çatdız arzunuza
|
| Gedin deyin dostunuza, tanışıvına
|
| Bezdiribdir söz-söhbətlər
|
| İnsan nə qədər ət tökər?!
|
| Jamal Ali qaçıb, Jamal Ali ölüb
|
| Jamal Ali tutulub, asılıb, döyülüb
|
| İndi Sibirdədir, yox Kamçatkada
|
| Cənnətdə çay içir, onunla Kafka da
|
| Xətrimi çox istə, xətrin xoş olsun
|
| Əsas odur ki, başın boş olsun
|
| Varsa inamın, hər sözə inan
|
| Nağıllarla yaşa, xəlbir saman
|
| Tutanlar tutub sözümün canını
|
| Zəli kimi sormayın qanımı
|
| Arada yazacam səs-küy salmayın
|
| Dərsinizi oxuyun, avaralanmayın!
|
| Uca dağlar aşdım
|
| Çox nağıl danışdım
|
| Kim inandı, kim yox
|
| Biri var, biri yox
|
| Uca dağlar aşdım
|
| Çox nağıl danışdım
|
| Kim inandı, kim yox
|
| Biri var, biri yox |