| Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir
|
| Valideynlər, doğmalar, qonşular və müəllimlər…
|
| Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!)
|
| Siqaret çəkən qardaşlar, içki içən atalar
|
| Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır
|
| Sən geciksən də, olmur gecikən qatarlar
|
| Gün çıxanda gizlən, yağışda çətir gəzdir
|
| Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq)
|
| Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx
|
| Susmağı bacar, lazım deyilsə demə sözün düzün
|
| Göstərmə əsl üzün, səmimilik pis cəhətdir
|
| İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə
|
| Ürəyin ağrımasın, kimisə görüncə dərdli
|
| Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə
|
| Çevrilir hədəflər arzulara
|
| Olanda tək ümid mahnılara
|
| Hardadır düz, harda yalanlar?
|
| Bəs indi kimə inana? |
| (De)
|
| Nəyə inanaq?
|
| Çevrilir hədəflər arzulara
|
| Olanda tək ümid mahnılara
|
| Hardadır düz, harda yalanlar?
|
| Bəs indi kimə inana? |
| (De)
|
| Nəyə inanaq?
|
| Bizi öyrətməyiblər — ölüm bir gün döyəcək qapını
|
| Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək
|
| Bizi öyrətməyiblər — ailə qurmaq oyuncaq deyil
|
| Əsas sevgidir, nəinki kağızda qol çəkmək!
|
| Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq
|
| Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq
|
| Sən demə, qayğını verirmiş dövlət borca
|
| Sən böyüdükcə səndən də tez böyüyür borclar
|
| Bizi öyrətməyiblər — xoşbəxtliyimizə gedən yol
|
| Sən demə keçir qəlblərdən yox, hava limanından
|
| Bir günə dönər inamından, səmadan hay-küy çıxsa
|
| Bizi öyrətməyiblər — nə edək dost nankor çıxsa?
|
| Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər
|
| Əsas atdığın addımlar və sabah atacağın
|
| Həyat kosmosdur, qərarlarımız teleskop
|
| Gələcək təyin edir hansı tərəfə baxacağını
|
| Çevrilir hədəflər arzulara
|
| Olanda tək ümid mahnılara
|
| Hardadır düz, harda yalanlar?
|
| Bəs indi kimə inana? |
| (De)
|
| Nəyə inanaq?
|
| Çevrilir hədəflər arzulara
|
| Olanda tək ümid mahnılara
|
| Hardadır düz, harda yalanlar?
|
| Bəs indi kimə inana? |
| (De)
|
| Nəyə inanaq? |